BMT Təhlükəsizlik Şurasında (TŞ) ABŞ-nin İsrail və Fələstinin HƏMAS hərəkatı arasında atəşkəsə dair yeni təkliflə çıxış etdiyi qətnamə layihəsi üzrə səsvermə iyunun 10-da, günün ikinci yarısında keçiriləcək.

Bu barədə iyun ayında TŞ-də sədr vəzifəsini icra edən Cənubi Koreyanın daimi nümayəndəliyi məlumat yayıb.

ABŞ-nin təklif etdiyi sənəd yeddi bənddən ibarətdir, bunlardan birincisi HƏMAS-ı razılaşmanı qəbul etməyə çağırış, həmçinin sənədin müddəalarını heç bir şərt qoymadan və ya gecikmə olmadan tam şəkildə yerinə yetirməyə çağırışdır.

İstinadlar Report