Rusiya Ukrayna Silahlı Qüvvələrinin Belqorod şəhərini atəşə tutması ilə bağlı BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsini istəyib və Çexiyanın təşkilatdakı daimi nümayəndəsinin orada olmasını tələb edib.

Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

“Biz bu gün, dekabrın 30-da Nyu-York vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə saat 31 dekabr, 00:00) Təhlükəsizlik Şurasının Belqorod üzrə iclasının keçirilməsini istəmişik. Biz həmçinin Çexiyanın daimi nümayəndəsinin iştirakını tələb etdik, qoy o, ölkəsinin mülki insanların ölümünə səbəb olan sursatları tədarük etməsinə görə cavab versin”, – o, “Teleqram” kanalında yazıb.

İstinadlar Report