BMT Təhlükəsizlik Şurasının 2024-2025-ci illər üçün yeni qeyri-daimi üzvləri seçilib.

Bunlar Əlcəzair, Qayana, Cənubi Koreya, Syerra-Leone və Sloveniyadır.

Yeni qeyri-daimi üzvlər 193 üzvdən ibarət BMT Baş Assambleyasında keçirilən seçki yolu ilə müəyyənləşib.

Əlcəzair 184, Qayana 191, Cənubi Koreya 180, Syerra-Leone 188, Sloveniya isə 153 səslə üstün olub.

Yeni üzvlər 2024-cü il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvləri kimi fəaliyyət göstərəcəklər.

İstinadlar Report