BMT Təhlükəsizlik Şurası (TŞ) “Şimal axını” qaz kəmərlərində baş verən partlayışlarla bağlı sentyabrın 26-da iclas keçirəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova IV Avrasiya Qadınlar Forumu çərçivəsində keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi 2022-ci ilin sentyabrında “Şimal axını”nda baş vermiş partlayışların təhqiqatını başa çatdırmaq niyyətindədir.