
BMT Qara dəniz taxıl sazişinin müddətinin uzadılmasını təsdiqləyib.
Bu barədə təşkilatın Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
Onun sözlərinə görə, təşəbbüs Ukrayna limanlarından taxılın, ərzaq və gübrələrin, o cümlədən ammiakın ixracı üçün təhlükəsiz naviqasiyaya imkan verir.
Sazişin icrası zamanı 25 milyon ton taxıl və ərzaq daşınıb. Bu saziş ərzağın dünya qiymətlərini aşağı salmağa və bazarları sabitləşdirməyə kömək edib.