
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Somalidə ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq üçün 25 milyon dollar ayıracaq.
Bu barədə qurumun məlumatında deyilir.
Maliyyələşdirmə Somalinin Hirşabelle ştatının Couhar şəhərində kiçik fermerlər üçün kritik infrastrukturun bərpası və iqlimə uyğun kənd təsərrüfatının təşviqi üçün istifadə olunacaq.
Layihə torpaqdan daha məhsuldar istifadə etməyə imkan verən daşqından mühafizə və etibarlı suvarmanı təmin etməklə Somali fermerlərinə dəstək verəcək.