“Dünyada hər 10 dəqiqədə bir qadın həyat yoldaşı və ya ailə üzvü tərəfindən öldürülür. Türkiyədə qadın qətli halları kütləvi səfərbərlik məsələsidir”.

Bunu, mövzu ilə bağlı “Report”un ABŞ bürosunun sualını cavablandıran BMT-nin Qadınlar Təşkilatının icraçı direktorunun müavini Nyaradzayi Qumbonzvanda deyib.

BMT rəsmisi qeyd edib ki, təşkilatın “Qadınlara Qarşı Zorakılığa Qarşı Beynəlxalq Mübarizə Günü” ilə bağlı yayımladığı hesabatı vəziyyətlə bağlı həyəcan siqnalı çalır. Hesabatda qadın və qızların ölümlərinin 60 faizinin həyat yoldaşları və ya ailə üzvləri tərəfindən törədildiyi qeyd edilib.

İstinadlar Report