Beynəlxalq ictimaiyyət son 80 ildə inanılmaz dərəcədə parçalanıb.
Bu barədə BMT Baş katibinin müavini və Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos XII Qlobal Bakı Forumunun açılış mərasimində danışıb.
O qeyd edib ki, forum nikbinlik və ümidə işarədir: “Beynəlxalq ictimaiyyət son 80 ildə görülməmiş dərəcədə parçalanıb. Dünya düzəni görülməmiş böhranlarla üz-üzədir”.