BMT-nin baş katibi Antoniu Quterreş KXDR tərəfindən raket sınaqları ilə bağlı xəbərlərdən narahatdır və rəsmi Pxenyanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə, Koreya yarımadasındakı vəziyyətlə bağlı danışıqlara başlamağa çağırıb.

Bu barədə A.Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə məlumat verib.

“Biz (raket buraxılışı-red.) buraxılışla bağlı (xəbərləri-red.) gördük və çox narahatıq. BMT-nin baş katibi hadisələrin son inkişafından çox narahatdır, KXDR rəhbərliyini beynəlxalq öhdəliklərə, BMT Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələrinə tam əməl etməyə və Koreya yarımadasındakı vəziyyətlə bağlı maraqlı tərəflərlə danışıqları bərpa etmək çağırışını təsdiqləyir”, – Dujarrik bildirib.

İstinadlar Report