Trans-Atlantik qul ticarəti və müstəmləkəçi istismar Afrika qitəsini öz insanlarından, resurslarından və ləyaqətindən məhrum edib.

Bunu BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının icraçı katibi Klaver Qatete Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Afrika İttifaqının İcraiyyə Şurasının (XİN başçıları səviyyəsində) sessiyasının açılışında çıxışı zamanı bildirib.

“Trans-Atlantik qul ticarəti və müstəmləkəçi istismar Afrikanı öz insanlarından, resurslarından və ləyaqətindən məhrum edib, qlobal maliyyə sistemində, dünya ticarət mübadiləsinin strukturunda və idarəetmə institutlarında hələ də hiss olunan bərabərsizlik qoyub”, – deyə Efiopiyanın “Fana” radiostansiyası Qatetedən sitat gətirib. – Buna görə də maliyyə kompensasiyalarının reparasiya danışıqlarında mövqeyimiz kimi nəzərdən keçirilməsi son dərəcə vacibdir”.

Onun sözlərinə görə, hazırda Afrikanın təbii sərvətlərinin istismarı emal sənayesinin müvafiq inkişafı olmadan gedir, qlobal kredit reytinqlərinin tərtibində Afrika iqtisadiyyatları lazımınca qiymətləndirilmir, ticarət və investisiya siyasətində maneələr qalmaqdadır. Qitə dünya mineral xammal ehtiyatlarının 30 faizinə, o cümlədən qızılın 40 faizinə və xromit və platin ehtiyatlarının 90 faizinə qədərinə malikdir.

İstinadlar Report