
Bu günə qədər Qəzzada BMT-nin Fələstin Qaçqınlar üzrə Agentliyinin (UNRWA) 269 əməkdaşı öldürülüb.
Bunu UNRWA-nın rəhbəri Filipe Lazzarini BMT Təhlükəsizlik Şurasında qapalı brifinqdən sonra jurnalistlərə açıqlamasında deyib.
Lazzarini bildirib ki, iki həftədən az müddətdə UNRWA-nın işğal olunmuş Fələstin ərazilərindəki əməliyyatlarının dayandırılmasını tələb edən Knesset qanunu qüvvəyə minəcək və agentliyin fəaliyyətinin dayandırılması Qəzzada fələstinlilərin onsuz da fəlakətli həyat şəraitini ölçülməz dərəcədə pisləşdirəcək.