Qəzza zolağı sakinlərinin bu ilin sonunadək ehtiyac duyduğu humanitar yardımın məbləği 2,5 milyard dollardır.

Bunu BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits İordaniyada keçirilmiş yüksək səviyyəli beynəlxalq konfransda açıqlayıb.

Onun sözlərinə görə, bu məbləğin 930 milyon dolları qida, 400 milyon dolları dərman və səhiyyə, 700 milyon dolları isə yurd və sanitar xərcləridir.

İstinadlar Report