
“Qara Dəniz Taxıl Təşəbbüsünün müddətinin uzadılması ilə bağlı əlimizdən gələni etməyə davam edirik”.
Bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib.
Sözçü bildirib ki, BMT Qara dənizdən çıxan məhsulların dünya bazarlarına çıxışını, eləcə də, bu dənizdə naviqasiya azadlığını təmin etmək üçün tərəflərlə müzakirələri davam etdirir: “Biz Qara Dəniz Taxıl Təşəbbüsünün yenidən canlanması və tərəflərlə razılaşmanın əldə olunması mövzusunda fəaliyyətlərimizi davam etdiririk. Ümid edirik ki, yaxın gələcəkdə müsbət nəticələr əldə olunacaq”.