BMT-nin Qaçqınların İşi Üzrə Agentliyi Polşa parlamentinin miqrantlara bağlı qəbul etdiyi qanunu qınayıb.

Qanunda edilən dəyişikliyə əsasən rəsmi Varşava bundan sonra Polşaya qeyri-qanuni yolla daxil olan miqrantlara sığınacaq verməyəcək.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Polşadakı nümayəndəsi Kristin Qoyerin sözlərinə görə, qanuna edilən dəyişikliklər beynəlxalq və Avropa Birliyi qanunlarında təsbit edilmiş sığınacaq istəmək üçün əsas hüquqa xələl gətirir.

O qeyd edib ki, 1951-ci il ildə qəbul edilən Konvensiyaya əsasən sığınacaq axtaranlar sərhədi qanunsuz keçdiyinə görə cəzalandırıla bilməz.

İstinadlar Report