
“Nüvə silahları ilə bağlı artan gərginlik narahatlıq doğurur”.
Bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.
O, Rusiyanın Belarusa taktiki nüvə silahı yerləşdirmək planı pisləyib.
Sözçü bildirib ki, BMT-yə üzv bütün dövlətlər Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əməl etməlidir: “Nüvə silahları riskləri qəbulolunmazdır. Gərginliyi artıracaq hər hansı hadisə və ya hərəkətdən çəkinmək lazımdır. Bütün ölkələr Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin öhdəlik və vəzifələrini yerinə yetirməlidirlər”.