Azərbaycanın iqlim dəyişikliyi zəminində gendər bərabərliyinə böyük qayğı ilə yanaşması mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri BMT-nin gender bərabərliyi, qadınlar və qızların hüquqlarının gücləndirilməsi üzrə departementinin əməkdaşı Venge Nyirongo “Report”un yerli bürosuna Azərbaycanın COP29-a sədrliyi çərçivəsində təqdim etdiyi fəaliyyət planını şərh edərkən bildirib.

“Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü təşəbbüsləri və seçdiyi mövzuları yüksək qiymətləndiririk. Biz Azərbaycanın iqlim dəyişikliyi zəminində dövlətlərin diqqətini gender bərabərliyinin vacib məsələ olduğuna yönəltməyə çalışmasını alqışlayırıq”, – o deyib.

İstinadlar Report