
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) böhranlı həddə çatıb və işini yerinə yetirmək qabiliyyəti təhlükə altındadır.
“Dərin təəssüf hissi ilə bildirməliyəm ki, Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi kritik həddə çatıb və onun (BMT) Baş Assambleyasının qətnaməsi ilə verilmiş mandatı yerinə yetirmək qabiliyyəti indi ciddi təhlükə altındadır”, – Lazzarini bəyanatında bildirib.