Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də və 13-də Azərbaycanla sərhəddə törətdiyi təxribata etiraz məqsədilə BMT-nin ABŞ-ın Nyu-York şəhərindəki mənzil-qərargahı önündə aksiya keçiriləcək.

Dinc aksiya Nyu-Yorkda yaşayan həmyerlilərimizin təşəbbüsü ilə baş tutacaq.

Aksiyada məqsəd sərhəddə baş verənləri və Azərbaycanın haqq səsini Baş Assambleyanın 77-ci sessiyasının yüksək səviyyəli iclaslarında iştirak edən dövlət və hökumət nümayəndələri, diplomatlar, yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

İstinadlar Report