BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərif Azərbaycana səfər edəcək.

BMT-nin Azərbaycandakı ofisinin Mətbuat Xidmətindən bildirilib ki, Maimuna Mohd Şərif oktyabrın 5-6-da keçiriləcək Milli Şəhərsalma Forumunda iştirak etmək üçün Azərbaycana gələcək.

Tədbirin əsas məqsədi dayanıqlı inkişaf və şəhərlərin bərpasına təkan verən beynəlxalq təcrübələrin mübadiləsi, şəhərlərin bərpasında Azərbaycan modelinin öyrənilməsi, habelə dünyanın müxtəlif yerlərində oxşar problemlərlə üzləşən mütəxəssislər və siyasət qurucuları ilə əlaqələrin qurulmasıdır.

İstinadlar Report