BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Braziliya prezidenti Jair Bolsonaro ilə birlikdə Nyu Yorka gələn səhiyyə naziri Marcel Keyroqa koronavirusa yoluxub.

Bu barədə nazir özü tviterdə məlumat verib.

“Hamıya məlumat verirəm ki, bu gün COVID-19 testimin cavabı müsbət oldu. Bütün sanitariya qaydalarına uyğun olaraq ABŞ-da karantinə alınacağam “, – nazir tviterdə yazıb.

İstinadlar Report