Fransız Polineziyası Parlamentinin sədri Antoni Geros BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin regional konfransında çıxış edib.

A.Geros çıxışında Fransız Polineziyasının 1946-cı ildə BMT-nin dekolonizasiya edilməli ərazilər siyahısından Fransa Dövlətinin məqsədyönlü siyasəti nəticəsində çıxarıldığını vurğulayaraq, ölkəsinin yenidən həmin siyahıya yalnız 2013-cü ildə daxil edildiyini vurğulayıb.

O, sədr müavini olduğu Tavini Partiyasının 1977-ci ildə yarandığını dilə gətirərək, hazırda həm qanunverici, həm də icraedici orqanda üstünlüyə malik olan Tavininin təsis edildiyi gündən ölkənin azadlığı naminə mübarizə apardığını diqqətə çatdırıb.

Fransanın təmsil etdiyi xalq ilə dekolonizasiya istiqamətində dialoqdan qaçdığını bildirib. Fransanı “idarəedici qüvvə” adlandıran Antoni Geros rəsmi Parisin Polineziyaya qarşı demokratik və siyasi inkar siyasətini davam etdirməsindən təəssüfləndiklərini vurğulayıb. O, Fransanın tədbirdəki təmsilçisindən bu məsələlərə aydınlıq gətirməsini tələb edib.

Fransa tərəfinin susması heç bir kəsi təəccübləndirməyib, çünki cavab, uzun illər olduğu kimi, yenə gəlməyib.

İstinadlar Report