Venesuelanın xarici işlər naziri Xorxe Arreasa bazar ertəsi Nyu-Yorka gələrək BMT-nin baş katibi Antoniu Quterrişlə görüşəcək.

Bunu jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak deyib.

“Cənab Quterrişin bu gün günün ikinci yarısında onunla görüşü olacaq, lakin görüş BMT binasında deyil, baş katibin şəxsi iqamətgahında keçiriləcək”, – deyə o bildirib.

Hak qeyd edib ki, görüş Arreasanın sorğusu əsasında baş tutacaq.

İstinadlar Report