BMT-nin baş katibi Antoniu Quterreş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüşün keçirilməsini alqışlayıb

Bu barədə A.Quterreşin mətbuat katibinin onun adından verdiyi bəyanatda deyilir.

Bəyanatda bildirilir: “Baş katib həmsədrlərin vasitəçilik səylərinə BMT-nin dəstəyini təsdiq edir, həmçinin tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail olmaq üçün etimadın möhkəmləndirilməsi üzrə addımlar atmağa və siyasi iradə göstərməyə çağırır”.

İstinadlar virtualaz.org