BMT-nin Əfqanıstandakı humanitar məsələlər üzrə koordinatoru Ramiz Ələkbərov bu ölkənin Paktika əyalətində baş verən zəlzələnin təsirinə məruz qalmış ailələr, bölgədə humanitar dəstək fəaliyyəti ilə məşğul olan şəxslərlə görüşəcək.

Bu barədə koordinator BMT Təhlükəsizlik Şurasında videokonfrans formatında çıxışı zamanı deyib.

BMT-nin azərbaycanlı rəsmisi əlavə edib ki, Əfqanıstanın Paktika əyalətində baş verən zəlzələ nəticəsində mindən çox ölən və yaralanan var:

“Yaralılardan çoxunun vəziyyəti ağırdır. Minlərlə ev dağılıb və zədələnib. İtkilərin sayının daha da artacağı gözlənilirbölgədə axtarış-xilasetmə əməliyyatları davam edir”.

İstinadlar Report