BMT-yə üzv olan 40 ölkə Yəmənin şimalında husilər tərəfindən saxlanılan təşkilat əməkdaşlarını azad etməyə çağırıb.

Bununla bağlı Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord BMT Nyu-Yorkdakı mənzil qərargahında ölkələr adından bəyanatla çıxış edib.

Diplomat təşkilat əməkdaşlarının saxlanılmasını şiddətlə qınadıqlarını və üzv ölkələrin saxlanılanların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb etdiyini deyib.

İstinadlar Report