Nigeriya 2024-cü ildə daşqınların ağır fəsadları ilə üzləşir və 2025-ci ildə ölkənin 220 milyonluq əhalisindən 33 milyonu aclıq çəkə bilər.

Qeyd olunub ki, daşqınlar infrastruktur obyektlərini yox edib, zərər çəkmiş ərazilərdən əhalinin kütləvi köçünə səbəb olub və 855 min ton ərzaq məhsullarının məhv olmasına gətirib çıxarıb.

Ümumilikdə, ölkə kəskin ərzaq böhranı ilə üzləşib və təşkilatın proqnozlarına görə, 2025-ci ilin ikinci yarısında aclıq çəkənlərin sayı 33 milyon nəfərə çata bilər.

Daşqınlarla yanaşı, Nigeriyanın şimal-şərqində 15 illik silahlı münaqişə vəziyyəti daha da ağırlaşdırır.Artıq 25 milyon nigeriyalı təcili yardıma ehtiyac duyur ki, onlardan 5 milyonu Borno, Adamava və Yobe ştatlarındadır. Həssas qrupların daha çox əziyyət çəkdiyi bildirilir – 5,4 milyon uşaq və 800 min hamilə qadın kəskin qida çatışmazlığından əziyyət çəkir.

İstinadlar Report