BMT baş katibinin Myanmadakı xüsusi elçisi Kristin Şraner Burgener dövlətləri bu ölkənin hərbi hakimiyyətinin legitimliyini tanımamağa çağırıb.

BMT Baş Assambleyasında adıçəkilən ölkəyə dair keçirilən müzakirələr zamanı diplomat bildirib:

“Hərbçilərin atdığı son addımları qətiyyətlə qınayaraq hamınızı Myanmada demokratiyanı dəstəkləyən birmənalı ismarıc verməyə çağırıram. Beynəlxalq birliyin bu rejimi legitimləşdirməməsi, onu tanımaması çox mühümdür”.

Hərbi çevriliş və fövqəladə vəziyyət tətbiqini Konstitusiyanın pozulması kimi dəyərləndirən BMT rəsmisi hazırda təqiblərin hədəfi olan Milli Demokratiya Liqasının (National Ligue for Demokracy) 2020-ci ilin noyabr ayında keçirilmiş seçkilər zamanı səslərin 82 faizini qazandığını xatırladıb.

İstinadlar Report