“Rusiya ilə Ukrayna arasında müharibə uzanarsa, hər 10 ukraynalıdan 9-u yoxsulluq həddinə düşəcək”.

Bu barədə BMT-nin tviter mikrobloqunda məlumat verilib.

Bildirilib ki, müharibə uzanarsa, hər 10 ukraynalıdan 9-u yoxsulluq həddinə düşəcək və inkişafdakı, təxminən, 20 illik uğurlar təhlükə altına düşəcək.

Azı 100 milyard ABŞ dolları dəyərində olan evlər, yollar, körpülər, xəstəxanalar, məktəblər artıq dağıdılıb. Müharibə ölkə müəssisələrinin yarısının tamamilə bağlanmasına, digər yarısının isə çətinliklərə düçar olmasına səbəb olub.