
Rusiyanın hərbi təcavüzünün başlanmasından bəri BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ukraynada 22 209 mülki itki qeydə alıb.
8 317 nəfər ölüb, 13 892 nəfər yaralanıb.
“İHAK hesab edir ki, real rəqəmlər daha çoxdur, çünki intensiv döyüşlərin getdiyi bəzi yerlərdən məlumat gecikdirilib və bir çox xəbərlər hələ də təsdiqlənməyib. Bunlar, misal üçün, mülki əhali arasında çoxsaylı itkilər barədə məlumatların olduğu Mariupol (Donetsk vilayəti), Lisiçansk, Popasna və Severodonetskə (Luqansk vilayəti) aiddir”, – məlumatda bildirilib.