2022-ci ilin fevralından Ukraynada öldürülən mülki şəxslərin sayı 17 mini keçib.

Bu barədə BMT baş katibinin müavini Martin Qriffits bildirib.

Onun sözlərinə görə, fevralın 24-dən dekabrın 1-nə kimi 419-u uşaq olmaqla 17 023 mülki şəxs həlak olub.

Ümumilikdə 14 milyona yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb, onlardan 6,5 milyonu Ukrayna ərazisində, 7,8 milyondan çoxu isə Avropadadır.

İstinadlar Report