Birləşmiş Millətlər Təşkilatının Sudandakı Keçid Dəstəyi Missiyası çərşənbə günü öz qoşunlarının ölkədən çıxarılmasını başa çatdırıb.

Bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin yaydığı bəyanatda deyilir.

“Birləşmiş Millətlər Təşkilatının Sudandakı Keçid Dəstəyi Missiyasını 29 fevral 2024-cü ildə bu ölkədən çıxarılmasını başa çatdırıb. Baş katib missiyanın mandatı boyunca Sudan xalqına fədakarlıq və xidmətlərinə görə bütün yerli və beynəlxalq Missiyanın personalına dərin minnətdarlığını bir daha bildirir”, – beynəlxalq təşkilatın rəhbərinin ofisi tərəfindən jurnalistlərə verilən açıqlamada deyilir.

Qeyd olunur ki, martın 1-də başlayacaq Missiyanın ləğvi prosesinə nəzarət etmək üçün kiçik komanda Port Sudan şəhərində qalacaq.

İstinadlar Report