Sentyabrın 23-də İsrailin hücuma başlamasından bəri 200 mindən çox Suriya və Livan vətəndaşı Suriyaya gedib.
Bu barədə BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi sosial şəbəkədə yazıb.
“İsrailin bombardmanları nəticəsində 200 mindən çox Suriya və Livan vətəndaşı Suriya ilə sərhədi keçərək Livanı tərk edib”, – o qeyd edib.