“Koreya yarımadasındakı vəziyyətin daha da pisləşmək potensialı var”.

Bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib.

“Problem həll olunmamış qalır. Vəziyyətin daha da pisləşmək potensialı var. Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən yeni raket buraxılışı ilə bağlı hər bir xəbər son dərəcə narahatedicidir”, – o bildirib.

Stefan Düjarrik vurğulayıb ki, BMT-nin Baş katibi Antonio Quterreş Koreya yarımadasının tam və yoxlanıla bilən nüvəsizləşdirilməsi üçün bütün maraqlı tərəfləri dialoqun bərpasına çağırır.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) yanvarın 11-də hipersəsli raketin yekun sınağının uğurla keçdiyini bəyan edib. Baş tutmuş sınaq atəşi təkmilləşdirilmiş hipersəsli silah sisteminin ümumi texniki xüsusiyyətlərini yekun olaraq yoxlamaq məqsədi daşıyıb. Yerüstü məntəqədən raketin buraxılışını Şimali Koreya lideri Kim Çen In də izləyib.

İstinadlar Report