İstanbuldakı birgə Koordinasiya Mərkəzi avqustun 9-da qarğıdalı və günəbaxan yağı daşıyan iki gəminin Ukraynanın Çernomorsk şəhərindən yola salınmasına icazə verib.

Bu barədə BMT-nin mətbuat xidmətinin press-relizində deyilir.

“Birgə Koordinasiya Mərkəzi bu gün iki gəminin dəniz humanitar dəhlizi ilə 70 min ton ərzaq yükü ilə yola salınmasına icazə verib. Gəmilər avqustun 9-da yola düşəcək”, – mətndə deyilir.

İstinadlar Report