Kipr probleminin nizamlanması üzrə yeni beynəlxalq konfransın keçirilməsi üçün əlavə hazırlıq işləri aparmaq lazımdır.

Bunu BMT baş katibinin Kipr üzrə xüsusi elçisi Espen Bart Eyde deyib.

“Düşünürəm ki, bizim uyğun zaman düşdükdə bir araya gəlməyimiz barədə razılaşma var. Bunun nə zaman baş verəcəyi barədə liderlər (Kipr liderləri – red.) konfransın digər iştirakçıları ilə qərar qəbul etməlidirlər”, — deyə xüsusi elçi bildirib.

Kipr 1974-cü ildə iki hissəyə bölünüb.

İstinadlar Report