BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Ukraynadakı Kaxovka bəndinin dağılmasından sonra 16 min insanın zərər çəkdiyini açıqlayıb.
Bu barədə UNHCR sözçüsü Shabia Mantoo “Anadolu” Agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu günə olan məlumata əsasən, 1995 nəfər bölgədən təxliyə edilib.
Qeyd edilib ki, yüz minlərlə insanın təhlükəsiz içməli suya çıxışı yoxdur.
Xatırladaq ki, Ukraynada Kaxovka SES-in bəndi iyunun 6-da partladılıb.