BMT İsveçrədə keçiriləcək Ukrayna üzrə Sülh Sammitində müşahidəçi qismində çıxış edəcək.

Bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik söyləyib.

“BMT müşahidəçi olacaq, biz [sammitdə] təmsil olunacağıq, dəqiq kim tərəfindən təmsil olunacağımızı isə mümkün olduqda, açıqlayacağam”, – dünya təşkilatının rəsmisi vurğulayıb.

Qeyd edək ki, Ukrayna üzrə Sülh Sammiti iyunun 15-dən 16-dək İsveçrədə keçiriləcək. Ümumilikdə Ukrayna və İsveçrə tədbirə 150-dən çox ölkə dəvət edib, Rusiya isə heç bir dəvət almayıb.

İstinadlar Report