BMT İsveç və Niderlandda Quranın təhqir edilməsini məsuliyyətsiz davranış adlandırıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) sözçüsü Ravina Şamdasani İsveç və Niderlandda Quranın yandırılması və cırılmasını hörmətsizlik və məsuliyyətsiz davranış kimi qiymətləndirib.

BMT-nin Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos isə İsveçin paytaxtı Stokholmda İslamın müqəddəs kitabı Quranın bir nüsxəsinin yandırılmasını “alçaq hərəkət” adlandırıb və qətiyyətlə pisləyib.

“Qurani-Kərimin yandırılması müsəlmanlara qarşı nifrətin ifadəsidir, bunu söz və ifadə azadlığı ilə qarışdırmaq olmaz”, – Moratinos qeyd edib.

Ali nümayəndə dünyanın müxtəlif yerlərində dini icmaların üzvlərinə qarşı ayrı-seçkilik, dözümsüzlük və zorakılıq hallarının, o cümlədən islamofobiyanın ümumi artımından dərin narahatlığını ifadə edib.

Moratinos ədalətli, sülhsevər cəmiyyətlərin qurulması və dəstəklənməsi üçün qarşılıqlı hörmətin vacibliyini vurğulayıb.

İstinadlar Report