İsrailin sentyabrın sonunda “Hizbullah” hərəkatına qarşı başladığı hərbi əməliyyatdan sonra azı 469 min insan Livanı tərk edib.

Bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəliyi məlumat yayıb.

Sənəddə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Suriya Qızıl Aypara Cəmiyyətinin məlumatına əsasən, 25 min livanlının İraqa gəldiyi bildirilib.

Qeyd edək ki, sentyabrın 23-də İsrail “Hizbullah” qüvvələrinə qarşı “Şimal oxları” əməliyyatına başlayıb və təşkilatın Livan ərazisindəki hərbi obyektlərinə kütləvi hava zərbələri endirir.

İstinadlar Report