Ukraynadakı müharibə və Hindistanın son həftələrdə buğda ixracına qadağa qoyması səbəbindən dünyada anbarlarda cəmi 10 həftəlik buğda qalıb.

Bunu BMT Təhlükəsizlik Şurasında qida təhlükəsizliyi üzrə ekspert Sara Menker deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu problemi daha dərinləşdirib: “Rusiya-Ukrayna müharibəsi ərzaq təhlükəsizliyi böhranına səbəb olmayıb, sadəcə olaraq uzun müddətdir ki, yanan alovun üzərinə yanacaq əlavə etdi. Sabah müharibə başa çatsa belə, razılaşdırılmış tədbirlər olmadan bizim ərzaq təhlükəsizliyi problemimiz tezliklə aradan qalxmayacaq”.