
Əfqanıstanda 11 milyondan çox qadının təcili humanitar yardıma ehtiyacı var.
Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi məlumat yayıb.
Təşkilatın ofisi, həmçinin Əfqanıstanda hakimiyyətin “Taliban” tərəfindən ələ keçirilməsindən sonra qadınların hüquqlarının pozulması hallarının artması ilə bağlı ciddi narahatlığını ifadə edib.