BMT Efiopiyanın Tiqray əyalətindəki Mekele şəhərinə humanitar uçuşları dayandırır.

Bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

Təşkilatın Humanitar Hava Xidmətinin sözügedən şəhərə etdiyi bütün uçuşlar növbəti xəbərdarlığa qədər təxirə salınıb.

Təşkilatın sözçüsü BMT-nin uçuşlarının humanitar yardım təyyarəsinin istiqamətini dəyişdirmək səbəbindən dayandırildığını qeyd edib.

Qeyd edək ki, BMT-nin oktyabrın 22-də həyata keçirdiyi humanitar reys Efiopiyanın hərbi hava zərbələrinə görə Tigray bölgəsinin inzibati mərkəzi Mekeleyə einiş etməkdən imtina edib.

İstinadlar Report