
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri Tofiq Musayev BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominikis ilə uşaqların müdafiəsi və onların hüquqlarının təşviqi sahəsində əməkdaşlığı müzakirə edib.
Bu barədə Azərbaycanın dünya təşkilatındakı Daimi Nümayəndəliyinin mətbuat xidməti bildirib.