BMT-nin Nyu-Yorkdakı baş qərargahında “İstanbul Foto Mükafatları”(Istanbul Photo Awards) beynəlxalq müsabiqəsində seçilmiş şəkillərdən ibarət sərgi açılıb.

Açılış mərasimində BMT-də fəaliyyət göstərən ölkələrin daimi nümayəndəliklərindən, eləcə də Azərbaycan və Türkiyədən olan diplomatlar iştirak ediblər.

Açılış mərasimində çıxış edən Türkiyənin BMT-dəki səfiri Feridun Sinirlioğlu bildirib ki, sərgidə bəşəriyyətin üzləşdiyi ən böyük çətinliklər əks olunub. Səfir “Anadolu” Agentliyinin illik foto mükafatlarına artan marağı görməkdən məmnun olduğunu dilə gətirib.

Agentliyin layihə koordinatoru Oğuz Karakaş qeyd edib ki, son səkkiz ildə dünyadan 14 min fotoqraf müsabiqəyə qatılıb.

O, əlavə edib ki, sərgidə nümayiş olunan fotolar dünyanın aparıcı fotomüxbirləri tərəfindən çəkilib və beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.

Son bir ildə dünyada baş verən mühüm hadisələri əhatə edən 30-dan çox fotonun nümayiş olunduğu sərgi dekabrın 22-dək ziyarətə açıqdır.

İstinadlar Report