
BMT Ukraynadakı müharibədən zərər çəkən qaçqınlara dəstək məqsədilə 3,32 milyard dollarlıq yardım üçün müraciət edib.
BMT bununla bağlı tərəfdaşlarına çağırış edib.
Müraciət Ukrayna daxilində və başqa ölkələrə sığınan 8,2 milyon insana yardım etmək məqsədi daşıyır.
Çağırışda Ukraynadakı humanitar təşkilatların 2025-ci ildə 6 milyon insana qida, səhiyyə, sığınacaq, pul yardımı və digər zəruri xidmətlər göstərməyi hədəflədikləri qeyd edilib.