BMT-nin baş katibi Antoniu Quterreşin Rusiyanın paytaxtı Moskvaya səfəri başlayır.

BMT rəhbərinin çərşənbə günü Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovla Ukrayna məsələsini və Fələstin-İsrail münaqişəsini müzakirə edəcəyi planlaşdırılır.

Antoniu Quterreşin həmçinin onlayn formatda Rusiya prezidenti Vladimir Putinlə danışıqları gözlənilir.

Səfər Rusiya hökumətinin dəvəti ilə keçirilir və mayın 14-dək davam edəcək.

Quttereş təyyarə ilə Rusiyaya yola düşməsi ərəfəsində bildirib, Lavrovla görüşdə bütün təhlükəsizlik məsələlərini, o cümlədən Liviyada, Suriyada, Yəməndə, Ukraynada, Əfqanıstanda münaqişələr ətrafında yaranmış vəziyyətin müzakirəsini planlaşdırır.

İstinadlar Report