BMT Baş katibinin soyqırımın qarşısının alınması üzrə xüsusi müşaviri Adam Dyenq rohinca müsəlmanlarına qarşı hərəkətlərin məhkəmə tərəfindən soyqırımı kimi tanınma ehtimalını istisna etməyib.

A.Dyenq vurğulayıb ki, soyqırımın olub-olmadığını yalnız məhkəmə müəyyənləşdirməlidir.

“Eyni zamanda, hansı qərarın çıxarılmasından asılı olmayaraq, zorakılıq edənlər məsuliyyətə cəlb olunmalıdır. Rohincalarla görüşmüşəm. İki dəfə Banqladeşdəki Koks-Bazarda olmuşam. Onları dinlədik. Müstəqil ekspertlər qrupu törədilənlərin soyqırımı kimi təfsir olunduğu qənaətinə gəldilər”, – xüsusi müşavir deyib.

İstinadlar Report