“Əfqanıstanda qadınlar təhsilə geri dönməlidir, heç bir xarici və daxili qüvvə onları təhsildən kənarda qoya bilməz”.

Bunu Əfqanıstandan rəsmi səfərdən dönən BMT baş katibinin müavini Əminə Məhəmməd bölgədəki vəziyyətlə bağlı təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.

BMT rəsmisi bildirib ki, səfər çərçivəsində Taliban administrasiyası ilə görüşlərində əfqan qadınlara qarşı tətbiq olunan məhdudiyyətlərin və Əfqanıstana humanitar yardımın aparılmasına maneələrin aradan qaldırılmasını müzakirə edib:

“Talibanın İslam qanunlarına uyğun siyasət apardığını müdafiə edərək, qadınların işləmək və təhsil hüquqlarını əlindən almağa çalışması qəbuledilməzdir. Talibanın əfqan qadınlara qarşı tətbiq etdiyi qadağalar hər gün bir qədər şiddətlənir. Əfqanıstanda vəziyyət olduqca acınacaqlıdır. Bölgədə qadınlara qarşı münasibət birmənalı deyil. Görünən vəziyyəti ağ və ya qara olaraq təsvir edə bilmərik. Məsələnin görünməyən bir çox tərəfləri var.

Əfqanıstanda qadınlar həyatın bütün sahələrində, o cümlədən humanitar yardımda həlledici rol oynayırlar. De-fakto hakimiyyətin bu cür fərmanları qadınların fundamental hüquqlarını, eləcə də humanitar prinsipləri kəskin şəkildə pozur. Səfərimiz çərçivəsində fəal əfqan qadınları və gəncləri ilə görüşdük. Onlar bizə ümid yeri kimi baxırlar.

İstinadlar Report