BMT-nin Baş katibi Antoniu Quterreş Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulmasının narahatlıq doğurduğunu bildirib.

Bu barədə dünya təşkilatının başçısı sosial şəbəkədə yazıb.

“Suriyanın suverenliyi və ərazi bütövlüyünün son dövrlərdə genişmiqyaslı pozulması dərin narahatlıq doğurur. İctimai asayişin qorunması zamanı Suriyada etibarlı, nizamlı və inklüziv keçid mexanizmlərinin dəstəklənməsi son dərəcə vacibdir”, – Quterreş nəql edib.

Qeyd edək ki, daha əvvəl BMT-nin Baş katibi Antoniu Quterreş Türkiyənin xarici işlər naziri Hakan Fidanla Suriyadakı durumu müzakirə etmişdi.

İstinadlar Report