Koronavirus üçün əlavə sınaq testləri “omikron” ştamına qarşı mübarizənin daha təsirli yolu olacaq.

Bunu BMT-nin Baş katibi Antoniu Quterreş Afrika ölkələrinin inkişafı ilə bağlı çıxışında bildirib.

“Səyahətlə bağlı qadağalar səmərəsizdir. Mən bütün hökumətləri koronavirus üçün əlavə testlər, eləcə də vəziyyətə uyğun digər təsirli tədbirlər tətbiq etmək barədə düşünməyə çağırıram. Bu, yoluxma riskini azaltmaq üçün yeganə yoldur”, – Quterreş deyib.

İstinadlar Report